Təyyarə hava boşluğuna düşdü, 20 nəfər yaralandı | 1news.az | Xəbərlər
Dünya

Təyyarə hava boşluğuna düşdü, 20 nəfər yaralandı

15:15 - 18 / 06 / 2017
Təyyarə hava boşluğuna düşdü, 20 nəfər yaralandı

“China Eastern Airlines” şirkətinə məxsus təyyarənin hava boşluğuna düşməsi nəticəsində 20 nəfər müxtəlif xəsarət alıb.

1news.az xəbər verir ki, Paris-Kunmin istiqamətində uçan təyyarə təyinat məntəqəsinə çatmağa yaxın hava boşluğuna düşüb.

Şirkətin rəsmi “Weibo” profilində bildirilir ki, təyyarə cədvəl üzrə vaxtdan 1 saat gec - yerli vaxtla səhər 9:00 radələrində Kunminə enəndən sonra yaralılar xəstəxanalara çatdırılıblar. Onlardan 4-nün zədəsi ağırdır.

1news.az

Paylaş:
770

Son xəbərlər

Bütün xəbərlər