Əli Həsənov: Üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz əksər beynəlxalq təşkilat Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz əksər beynəlxalq təşkilat Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb

15:57 - 19 / 06 / 2017
Əli Həsənov: Üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz əksər beynəlxalq təşkilat Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb

Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları başa çatıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, kursun sonuncu günü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)) mövzusunda mühazirə deyib. O qeyd edib ki, ermənilər tərəfindən 1988-1994-cü illərdə 373 terror aktı törədilib. Onun sözlərinə görə, hazırda Ermənistan rəhbərliyində olan şəxslərin hamısı Azərbaycan ərazilərinin işğalında iştirak edib: "Ümumiyyətlə, ermənilər işğalla yanaşı, ideoloji müharibə də aparıb, tarixən azərbaycanlılar haqqında mənfi imic formalaşdırmağa çalışıblar".

Sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan dövlətinin siyasəti" mövzusunda çıxış edib.

1992-ci ildə işğal baş verərkən həmin ildən 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb və bu qətnamələr beynəlxalq hüququn əsas sənədləri kimi bu gün ortadadır. Təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı vəziyyətində hələ ki, ermənilərə işğal etdikləri torpaqlardan geri çəkilmək üçün ciddi təzyiq göstərən beynəlxalq təşkilat və ölkə yoxdur.

Ə.Həsənov bildirib ki, mərkəz tərəfindən həyata keçirilən seminarların əsas məqsədi Azərbaycan mediasında çalışan jurnalistləri ermənilərin 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin bütün detalları ilə tanış etməkdir: "Məqsəd ondan ibarətdir ki, jurnalistlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini daha dərindən bilsinlər".

Prezidentin köməkçisi qeyd edib ki, erməni faktoru böyük imperiyaların əlində hər zaman siyasi alət, silah olub, onlar bu silahdan zaman-zaman öz siyasətlərini reallaşdırmaq, öz geosiyasi hədəflərinə çatmaq üçün istifadə ediblər: "Çox təəssüf ki, onların istifadə etdiyi bu silah və onun acı nəticələri Azərbaycan xalqının fəlakətə düçar olması ilə nəticələnib".

Ə. Həsənov bildirib ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılır: "Dünyanın elə bir regionu yoxdur ki, biz ora Dağlıq Qarabağ həqiqətlərini, münaqişənin təfsilatını, o cümlədən 200 ildən artıqdır, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsas məsələlərini çatdırmayaq. Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti ötən müddətdə, xüsusən son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyası həyata keçirib. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Bu baxımdan ilk növbədə İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istəyirəm. Bu təşkilat demək olar ki, bütün sammitlərində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb, Azərbaycanın ərazilərinin işğal olunduğu faktını qeyd edib və ermənilərin Azərbaycan torpaqlarından tezliklə çəkilməsini tələb edib. Qoşulmama Hərəkatı da birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlü çərçivəsində dəstəkləyib. Avropa Şurası, ATƏT, Avropa Parlamenti, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, ermənilərin torpaqlarımızdan çıxarılmasını qeyd edib.

Bilirsiniz ki, 1992-ci ildə işğal baş verərkən həmin ildən 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb və bu qətnamələr beynəlxalq hüququn əsas sənədləri kimi bu gün ortadadır.

Təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı vəziyyətində hələ ki, ermənilərə işğal etdikləri torpaqlardan geri çəkilmək üçün ciddi təzyiq göstərən beynəlxalq təşkilat və ölkə yoxdur".

Prezidentin köməkçisi Azərbaycanın Ermənistanı tanımayan, onunla diplomatik münasibətlər qurmayan dostları olduğunu da xatırladıb: "Onlardan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin adını çəkmək olar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara mövqeyimizi qəbul etdirə bilmişik. Dünyanın bir çox dövləti, çoxsaylı vilayətlər, ştatlar, başqa hüquqi qurumlar Xocalı soyqırımını tanıyıb. Biz bu siyasətimizi davam etdirəcəyik. O vaxta kimi davam etdirəcəyik ki, ermənilər qeyri-konstruktiv mövqelərindən əl çəkməyəcək, işğal siyasətindən imtina etməyəcək, Azərbaycan torpaqlarını işğaldan azad etməyəcəklər. Yalnız işğal altında olan torpaqlar azad olunandan, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıdandan, münaqişə bölgəsində tam sülh, sabitlik yaranandan sonra biz Ermənistanla münasibətlər qura bilərik. Hazırda Azərbaycanın Ermənistan istisna olmaqla, bütün bölgə və dünya dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu tərəfdaşlıq münasibətlərindən istifadə edib, dövlətimizi inkişaf etdiririk".

Sonra kurs iştirakçılarına sertifikatlar və Dağlıq Qarabağ münaqişəsinə aid kitablar təqdim edilib.

Qeyd edək ki, kurslar iyunun 13-dən 19-dək keçirilib.

S.Xankişiyeva

Paylaş:
747

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər