Londonda terror aktı törədənin adı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Londonda terror aktı törədənin adı açıqlanıb

21:54 - 19 / 06 / 2017
Londonda terror aktı törədənin adı açıqlanıb

Ötən gecə Londonda məscid yaxınlığında terror aktı törədən şəxsin adı açıqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, cinayəti törədən 47 yaşlı Darren Osborn olub.

Ötən gecə Londonda sürücü avtomobili piyadaların üstünə sürüb. Hadisə Londonun şimal-şərqində  məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

1news.az

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər