Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

10:24 - 19 / 06 / 2017
Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının bir hissəsində işməli suyun verilməsində məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat veriblər.

Məlumata görə, paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 19 iyun tarixində saat 11:00-dən 18:00-dək  Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Babək Cahandarov

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər