Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib – FOTO

17:55 - 20 / 06 / 2017
Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib – FOTO

İyunun 20-də Beynəlxalq Donor Günü  münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin  təşəbbüsü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib.

1news.az-a “Azərbaycan Dəmir Yolları”  QSC-nin xidmətindən verilən məlumata əsasən, qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.

Qeyd edək ki, ölkəmizin paytaxtında və regionlarında, mütəmadi olaraq, qan donorluğunun  təşviqi və təmənnasız qanvermə aksiyaları keçirilir. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.

S.Xankişiyeva

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər