Azərbaycanda Beynəlxalq Yoqa Günü qeyd olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Beynəlxalq Yoqa Günü qeyd olunur - FOTO

09:29 - 21 / 06 / 2017
Azərbaycanda Beynəlxalq Yoqa Günü qeyd olunur - FOTO

Hindistanın Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt, Qobustan və Gəncə daxil olmaqla bir çox şəhərlərdə 3-cü Beynəlxalq Yoqa Günü çərçivəsində ictimaiyyətə açıq yoqa seansları və tədbirləri keçirir.

1news.az-a səfirlikdən verilən məlumata görə, yoqa həftəsi Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri və  Yoga Shahi, Art of living Azərbaycan, Sirvananda yoqa mərkəzi kimi yoqa məktəblərindən olan 150 nəfərdən artıq yoqa həvəskarının iştirakı ilə 18 iyun tarixində Qobustanda açıq havada keçirilən yoqa seansı ilə başlayıb.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu bildirib. Yoqa hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarətdir.

Səfir Rana Azərbaycanda Yoqa Həftəsi çərçivəsində ictimaiyyətə açıq bir neçə tədbirin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Tədbirlər İçərişəhərdə (21 iyun), Gəncədə (23 iyun), Sumqayıtın yeni Dənizkənarı Bulvarında (24 iyun) və Atəşgahda, Suraxanı qəsəbəsində (25 iyun) keçiriləcək. Bütün tədbirlər ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. Yoqa sevərlər və fitnes həvəskarları, yeni başlayanlar və təcrübəli şəxslər yoqa seanslarına qoşula bilərlər.

Yoqa bütün dünyada populyarlaşmaqdadır. 2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 21 iyun Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən sevinclə qeyd olunur.

Pərvanə Sultanova

 

Paylaş:
510

Son xəbərlər

Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblərBu gün, 15:30“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilibBu gün, 15:11“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyubBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblərBu gün, 14:16Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyubBu gün, 13:41Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42
Bütün xəbərlər