Azərbaycanda pullu olacaq avtomobil yolları müəyyənləşib - QİYMƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda pullu olacaq avtomobil yolları müəyyənləşib - QİYMƏT

09:56 - 21 / 06 / 2017
Azərbaycanda pullu olacaq avtomobil yolları müəyyənləşib - QİYMƏT

Azərbaycanda ödənişli avtomobil yolu olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq pullu olacaq yolun biri müəyyənləşib: "Həmin yol Bakı-Ələt-Astara-İran sərhədi yoludur. Bu yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Hazırda həmin yolun tikintisi aparılır. Amma bu o demək deyil ki, həmin istiqamətdə hərəkət edən sürücülər yalnız bu yoldan məcburi istifadə edəcək. Alternativ yol da olacaq. Hal-hazırda istifadə olunan yol pulsuzdur və bu yol pullu yola alternativ olacaq. Hazırda həmin yolun vəziyyəti normal deyil. Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər".

A.Nəcəfli bildirib ki, ödənişli yolun kilometri minik və yük avtomobillərindən asılı olaraq 4-7 qəpik müəyyənləşdiriləcək: "Yeni yol alternativ yoldan qısa olacaq. Bundan başqa bu yol kənd, qəsəbə və digər yaşayış massivindən keçə bilər. Amma, həmin ərazidə yol tam qapalı olmalıdır. Çünki, həmin magistral sürət yolu olacaq. Bu yola kənar müdaxilələr də olmamalıdır. Ola bilsin böyük yaşayış məntəqələrindən hansısa yol bura birləşsin, amma bu xüsusi təhlükəsizlik şərtləri ilə olacaq. Yolda sürət həddi hələlik saatda 110 km/saat təklif edilib. Çünki Azərbaycanda avtomobil yollarında ən yüksək sürət həddi bu qədər müəyyənləşib. Yol istifadəyə veriləndən sonra bu məsələyə də baxıla bilər".

Qurum rəsmisi bildirib ki, həmin yolla alternativ yolda heç bir fərq olmayacaq: "Əslində vaxt və məsafə baxımından yeni yaradılacaq pullu yol çox sərfəli olacaq. Bu yolun pullu olması da o qədər nəzərəçarpacaq dərəcədə deyil. Yəni, pulsuz yolda avtomobilin yanacağı pullu yola nisbətən daha çox sərf ediləcək. Həm sürət həddinə görə, həm yaşayış məntəqələri ərazisindən keçməklə, eniş-yoxuşlu olmaqla. Həmin məbləği hesablayanda pullu yoldan istifadəyə daha çox üstünlük veriləcək. Bu yol həm də pulsuz yoldan 40 km qısa olacaq".

A.Nəcəfli bildirib ki, gələcəkdə digər ödənişli yolların da tikilməsi mümkündür: "Məsələn, investor olsa, Quba-Şamaxı yolu tikilə bilər. Həmin yol Bakıdan keçməklə Qubadan vasitəsilə Şamaxıya gedən yoldan 200 kilometr qısa olacaq".

"Azəravtoyol" rəsmisinin sözlərinə görə, ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.

S.Xankişiyeva

Paylaş:
914

Son xəbərlər

Əməkdar jurnalist vəfat etdiBu gün, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olubBu gün, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıbBu gün, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞIBu gün, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edirBu gün, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçiribBu gün, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıbBu gün, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuqBu gün, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edibBu gün, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”Bu gün, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilibBu gün, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRARBu gün, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaqBu gün, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcəkBu gün, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilibBu gün, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunubBu gün, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldüBu gün, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcəkBu gün, 14:02
Bütün xəbərlər