Bakı Beynəlxalq Avtovağzalının iş qrafikində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Beynəlxalq Avtovağzalının iş qrafikində dəyişiklik edilib

10:44 - 21 / 06 / 2017
Bakı Beynəlxalq Avtovağzalının iş qrafikində dəyişiklik edilib

Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

1news.az-ın Avtovağzalın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir.

“Bakı Beynəlxalq Avtovağzalı rəhbərliyi müqəddəs Ramazan bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl almağı tövsiyə edir. Belə ki, il boyu olduğu kimi bayram ərəfəsində də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Babək Cahandarov

Paylaş:
608

Son xəbərlər

Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53
Bütün xəbərlər