DİN ananın azyaşlı qızını zəhərləyərək öldürməsi ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN ananın azyaşlı qızını zəhərləyərək öldürməsi ilə bağlı məlumat yayıb

12:08 - 21 / 06 / 2017
DİN ananın azyaşlı qızını zəhərləyərək öldürməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi(DİN) Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.

1news.az-ın DİN-in saytına istinadən verdiyi xəbərə görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

1news.az

 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər