Mübariz Əhmədoğlu: Rusiya XİN-in ermənilərlə korporativ iş birliyi region üçün təhlükə mənbəyidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya XİN-in ermənilərlə korporativ iş birliyi region üçün təhlükə mənbəyidir

12:13 - 10 / 07 / 2017
Mübariz Əhmədoğlu: Rusiya XİN-in ermənilərlə korporativ iş birliyi region üçün təhlükə mənbəyidir

Rusiya Xarici İşlər Nazirliyinin son vaxtlar ermənilərin bütün, o cümlədən separatçı hərəkətlərinə dəstək verməsi göz qabağındadır. RF XİN-nin yüksək çinli rəsmilərinin ermənilərin açıq üzdə olan fəaliyyətləri barədə də bəzi şeyləri bilməməsi mümkün deyil.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O fikirlərini aşağıdakı kimi əsaslandırıb:

ı. Ermənilər terrorizm coğrafiyası yaradıblar. Dünyanın bir və ya iki dövlətindən deyil, çoxsaylı ölkələrin ərazilərində məhz milli və dini zəmində terror hadisələri törədiblər. Türk diplomatlarının, siyasətçilərinin ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumatlar hədsiz çoxdur.

ıı. Siyasi sifarişlə terror törədiblər. Bəlkə də müasir anlayışda siyasi terrorun müəllifi ermənilərdir. 1978-ci ildə Moskva metrosunda ermənilərin törətdiyi partlayış terror hadisəsidir və siyasi sifariş idi. O zaman ermənilərin Moskvada metrosunda terror törətməsinə şərait yaradanlar da SSRİ rəhbərliyində ermənilər tərəfindən ələ alınmış şəxslər idi. Bu gün də RF XİN-nin rəhbərliyinə eyni təsirləri edilməsi cəhdlər seziliə bilər.

ııı. Ermənilər  Azərbaycan SSR  və sonra Azərbaycan Respublikası ərazisində çoxsaylı terror hadisələri törədiblər.

ıv. ABŞ-dakı ermənilərin Rusiyanın maraqlarına xidmət etməsi qeyri-mümkündür. Bu sadəcə RF Xİ naziri S.Lavrovun və RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarovanın Rusiyanın xüsusi xidmət orqanlarını çaşdırmaq üçün hazırladığı səfsətədir. ABŞ-dakı ermənilər özünü çox rahat hiss edirlər və bundan sonra da Rusiyadakı ermənilərə nisbətən ABŞ-dakı ermənilər uzun müddət özlərini rahat hiss edəcəklər. S.Lavrov və M.Zaxarova yalnız öz şəxsi və korporativ maraqlarına görə ermənilər haqqında belə imic yaradırlar. Dünya ermənilərinin Rusiya rəhbərliyinə münasibətinin ən bariz göstəricisi 2014-cü ilin  mart ayından başlayan Kəsab (Suriya) hadisələridir. RF prezidenti V.Putinin göstərişi ilə Rusiya televiziyaları bu hadisəni geniş işıqlandırdılar və “erməni soyqırımı” termini yenidən gündəliyə gətirildi. Şəxsən nazir S.Lavrov Kəsabda baş verənləri erməni xalqının genosidi kimi dəyərləndirdi. KTMT işə qoşuldu. V.Putin prezident S.Sərkisyana Kəsaba sülhməramlı göndərməyi təklif etdi. Məqsəd aydın idi. Dalınca KTMT adı ilə Rusiya qoşunları Kəsaba və oradan da Suriyanın digər yerlərinə yerləşdiriləcəkdir. Bəlkə də o zaman bu Suriyadakı faciənin miqyasını azalda bilərdi. S.Sərkisyan Putini imtina etdi. Ermənistanın ictimai-siyasi mühiti və dünya erməniliyi Rusiyaya qarşı ittihamlar yağdırdılar. RF XİN rəsmiləri özlərinin yaydığı rəsmi sənədlərlə tanış olmaqla  bu dediklərimizin düzgünlüyünə əmin ola bilərlər.

Dediklərinə misal olaraq Suriyada 100 minlik erməni  icması dağılan zaman S.Sarkisyanın dəstək üçün Rusiyaya müraciət etməməsini qeyd edən M.Əhmədoğlu bildirib ki, Suriya erməniləri patriarx Kirilin Suriyaya səfərini boykot edən yeganə xristian icma oldu:

“Başına bomba yağan erməninin Rusiyaya yaxınlaşmaması fonunda ABŞ və Kanada ermənilərinin Rusiyaya casusluq edəcəyinə yalnız sadəlövhlər inanır. Çünki Lavrovun ABŞ-da yaşayan və rus dilini bilməyən qızının həyat yoldaşının şirkətində böyük problemlər var. Ola bilər bu problemləri ABŞ rəsmiləri bilərəkdən yaradıblar. Eyni ilə bu prizmadan RF XİN-in digər rəsmilərinin ABŞ-dakı korporativ maraqlarına da yanaşmaq olar”.

Politoloqun sözlərinə görə, Kreml rəsmilərinin vaxtilə ABŞ-ın dəstəyi ilə ermənilərin Azərbaycan ərazisində yaratdığı separatizm ocağına münasibəti adekvat olsaydı, bu gün Azərbaycanın Rusiya ermənilərinə münasibəti çox fərqli ola bilərdi.

Qeyd olunub ki, Rusiya Dövlət Dumasının çoxsaylı deputatları, populyar şəxsləri son 30 ildə dəfələrlə Dağlıq Qarabağda olublar və separatçılığa dəstək veriblər. RF XİN heç vaxt Rusiya vətəndaşlarının Azərbaycan ərazisindəki qeyri-qanuni fəaliyyətinə münasibət bildirməyib. Ən azı publik şəkildə belə çağırış yoxdur.

Rusiyanın ATƏT MQ-yə təkbaşına sədrlik etdiyi dövrdə Dağlıq Qarabağ tənzimlənməsi daha düyünə düşdü. Rusiyalı sədr V.Kazimirov bu gün RF XİN-də ən nüfuzlu şəxslərdən biridir.

Ermənistana  və işğal altındakı ərazilərimizə nəinki azərbaycanlılar, hətta Azərbaycanın məhsulları daxil ola bilmir.

Rusiya erməniləri Türkiyə və Azərbaycana münasibətdə nifrət dalğası yaratmaq üçün əllərinə düşən bütün fürsətlərdən istifadə ediblər. RF-in rəsmi strukturlarını antiAzərbaycan və antiTürkiyə rupora çeviriblər. RF XİN bunu görmədi.

Rusiya ərazisində qarşısında ən çox piketin keçirildiyi səfirlik Türkiyə səfirliyidir. Piketi keçirənlər milliyyətcə ermənilərdir.

Milliyyətcə erməni Rusiya vətəndaşı Moskvadakı Türkiyə səfirliyinə güllə atdı. RF XİN və eləcə də digər Rusiya rəsmiləri öz vətəndaşları olan ermənilərlə Rusiyanın qonşusu olan dövlətlərə qarşı belə kriminalların yolverilməz olması barədə heç bir izahat işinin aparılması barədə təşəbbüsü yoxdur.

RF XİN hətta öz vətəndaşlarına Türkiyə və Azərbaycan Respublikalarının fərqli dövlətlər olduğunu belə izah etməyib.

Bu kontekstdən RF XİN-nin milliyyətcə erməni olan vətəndaşlarının Azərbaycan Respublikasında diskriminasiyaya məruz qalması barədə dedikləri qərəzlidir və Azərbaycan dövlətçiliyinin zəifləməsinə doğru yönəlmiş addımlardır.

Azərbaycanda böyük əksəriyyət Rusiya ilə münasibətlərin yüksək dəyərini başa düşür və buna sevinir.

RF XİN Rusiya ərazisində yaşayan vaxtilə  Azərbaycandan köçən ermənilərin və Ermənistandan qovulmuş  azərbaycanlıların münasibətlərinin qurulmasına təşəbbüs göstərsin. Belə ermənilər və azərbaycanlılar hətta XİN-nin qonşuluğunda yaşayırlar.

Babək Cahandarov

Paylaş:
1251

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər