DİM sədri: İkinci ildir ki, qəbul imtahanını da Xankəndidə keçiririk | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM sədri: İkinci ildir ki, qəbul imtahanını da Xankəndidə keçiririk

Ayşən Salehli15:16 - Bu gün
DİM sədri: İkinci ildir ki, qəbul imtahanını da Xankəndidə keçiririk

“Azad olunmuş torpaqlarda ilk məktəblər açılanda buraxılış imtahanları o məktəblərdə keçirildi ”.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

“İkinci ildir ki, qəbul imtahanını da Xankəndidə keçiririk. Biz inanırıq ki, iki ildən sonra Xankəndi Universitetinin məzunları magistratura imtahanlarını da orada verəcəklər”. - deyə sədr əlavə edib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər