Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb

20:39 - 11 / 07 / 2017
Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşüb

Baş nazirin müavini Əli Əhmədov Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov ilə görüşüb.

1news.az xəbər verir ki, baş nazirin müavini Əli Əhmədov Özbəkistanın və Azərbaycanın dost ölkələr olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz tammiqyaslı tərəfdaşlığa sadiqdirlər və çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmaq üçün güclü səy göstərirlər. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrimizin yaxınlığı ilə sıx bağlıdır. Əli Əhmədov xalqlarımız arasında möhkəm qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrimizin mənafeyi və rifahı naminə bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda, hər iki ölkənin rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin gələcəyinə böyük ümidlər verdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
823

Son xəbərlər

Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31
Bütün xəbərlər