Zakir Həsənov amerikalı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov amerikalı həmkarına başsağlığı verib

21:23 - 11 / 07 / 2017
Zakir Həsənov amerikalı həmkarına başsağlığı verib

Müdafiə naziri Zakir Həsənov ABŞ-da hərbi təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı ABŞ müdafiə katibi Ceyms Mattisə başsağlığı verib.

1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, başsağlığında bildirilir:

“Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı. Biz bu faciəli hadisədən çox kədərlənirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

1news.az

Paylaş:
978

Son xəbərlər

Bütün xəbərlər