Novruz Məmmədov İlham Əliyevlə Tillersonun görüşünün detallarını açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov İlham Əliyevlə Tillersonun görüşünün detallarını açıqlayıb

11:26 - 12 / 07 / 2017
Novruz Məmmədov  İlham Əliyevlə Tillersonun görüşünün detallarını açıqlayıb

“Azərbaycan-ABŞ münasibətləri sürətlə inkişafa doğru gedir”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir yetirir: 

“ABŞ-ın dövlət katibi Reks Tillerson 22-ci Dünya Neft Konqresində iştirak edib və Prezident İlham Əliyevlə görüşüb. O, ABŞ-ın Azərbaycanın enerji sahəsində atdığı addımlara, həyata keçirdiyi layihələrə dəstəyini ifadə edib. ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə dövlət katibi vasitəsi ilə dəstəyini nümayiş etdirdi. Bu, çox vacibdir. Eyni zamanda dövlət katibinin Prezident İlham Əliyevlə görüşmək istəməsi və bu görüşün baş tutuması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi böyük diqqətin göstəricisidir”.

N.Məmmədov, həmçinin Prezident İlham Əliyevlə ABŞ-ın dövlət katibi Reks Tillersonun İstanbulda baş tutab görüşündə müzakirə olunan məsələlərə də toxunub:

“Görüşdə qeyd olundu ki, baxmayaraq ki, Azərbaycan kiçik bir dövlətdir, o, regionda və dünyada sabitliyə, təhlükəsizliyə öz töhfəsini verir. Görüş zamanı əməkdaşlığın gələcək inkişafı, Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda Azərbaycan Prezidenti tərəfindən qeyd olundu ki, belə bir vəziyyətdə ABŞ bundan sonra Azərbaycanda qeyri-neft sektoruna daha çox diqqət yetirə bilər. Bizim qapılarımız həm dialoqa, həm də əməkdaşlığa açıqdır”.

N. Məmmədov  görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin də müzakirə edildiyini vurğulayıb: 

“Azərbaycan Prezidenti xüsusi olaraq qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlət başçılarının bir il əvvəl bəyanat verməsi və bu bəyanatın qüvvədə qalmasına baxmayaraq, münaqişənin nizamlanmasında heç bir addım atılmır. Əksinə, təmas xəttində müxtəlif hadisələr baş verir. Sonuncu insdent bunlardan biridir. Dünyanın bütün dövlətləri, mediası, rəsmi şəxsləri Emənistanın ciddi şəkildə tənqid etdilər”.

Görüşdə əsas mövqe, fikir bu oldu ki, ki, status-kvonun davam etməsi düzgün, mümkün deyil:

“Bu, böyük risklərə səbəb ola bilər. Qeyd olundu ki, ABŞ dünyanın lider dövləti və Minsk qrupunun həmsədri kimi bu münaqişənin həllinə daha çox diqqət ayırmalıdır. Əks halda bu, təxribatlara, böyük təhlükələrə, risklərə apara bilər”.

P.Sultanova

 

 

Paylaş:
1049

Son xəbərlər

Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30
Bütün xəbərlər