Dağlıq Qarabağda mina partlayıb: üç erməni hərbçi ölüb
Dağlıq Qarabağda mina partlaması nəticəsində üç erməni hərbçi ölüb, biri yaralanıb.
1news.az news.am-a istinadla xəbər verir ki, hadisə noyabrın 21-də axşam saatlarında baş verib.
Hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Melikyan (1997-ci il təvəllüdlü) ölüb.
Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
P.Sultanova
533