İlham Əliyev Poroşenko ilə görüşəcək
Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
1news.az-ın İnterfaks Azərbaycan-a istinadla verdiyi xəbərə görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.
S.Xankişiyeva
524