Fransa XİN: Dağlıq Qarabağı tanımırıq | 1news.az | Xəbərlər
Siyasət

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

10:53 - 23 / 11 / 2017
Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

Bizim mövqeyimiz aydındır. Fransa Dağlıq Qarabağı tanımır.

1news.az xəbər verir ki,  bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə bildirilir ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın Alforvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak ediblər.

1news.az

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər