Nazir: Azərbaycan və Britaniya gələcək üçün qarşıya daha iddialı məqsədlər qoymalıdır | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycan və Britaniya gələcək üçün qarşıya daha iddialı məqsədlər qoymalıdır

12:14 - 24 / 11 / 2017
Nazir: Azərbaycan və Britaniya gələcək üçün qarşıya daha iddialı məqsədlər qoymalıdır

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammitində Azərbaycan,  Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın liderləri, xarici işlər nazirləri, eləcə də Aİ rəsmiləri bir araya gələcək.

1news.az Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, bunu Birləşmiş Krallığın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan sammit ərəfəsində bildirib.

O deyib ki, 2009-cu ildə Praqada keçirilmiş ilk Şərq Tərəfdaşlığı sammitindən sonra regionda bir çox hadisələr baş verib:

“Bizim əlaqələrimiz əvvəlki  kimi güclüdür və inkişaf etməkdə davam edir. Bu, bizim demokratiyanın, rifahın, sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsində ümumi öhdəliklərimizi təsdiqləyir”.

Nazir vurğulayıb ki, bu gün Brüsseldə işlərin nəticələrini qiymətləndirmək, gələcək prioritetlər barədə razılığa gəlmək və regionda islahatların aparılması ilə bağlı ən vacib işlərin davam etdirilməsi üçün görüşürük. Birləşmiş Krallıq çox əhəmiyyətli  olan Şərq Tərəfdaşlığını tam dəstəkləyir və biz ikitərəfli əməkdaşlığımız çərçivəsində ümumi məqsədlərə nail olmağa davam edəcəyik”.

A.Dunkanın sözlərinə görə, Böyük Britaniya Azərbaycanda üzərinə götürdüyü öz öhdəliklərini yerinə yetirməyə davam edir və BP şirkəti başda olmaqla  Xəzər dənizində neft və qaz hasilatının inkişafına kömək göstərir:

“Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi son 25 il ərzində Böyük Britaniya və Azərbaycanın məhsuldar əməkdaşlığını nümayiş etdirir. Məhz infrastruktur sahəsindəki bu sərmayələr  Azərbaycanın tarixində ilk dəfə olaraq həqiqətən müstəqil, suveren bir ölkə kimi inkişaf etməyə imkan verib.

Mədəniyyət və təhsil sahəsində əlaqələrimiz surətlə inkişaf edir. Azərbaycanda daha çox gənc insanlar İngilis dilini öyrənmək, Böyük Britaniyanın universitetində təhsil almaq və ya Azərbaycanda fəaliyyət göstərən 450 Britaniya şirkətindən birində işləmək istəyir. Əminəm ki, insanlar arasında əlaqələr inkişaf edəcək, incəsənət, ədəbiyyat, musiqi, ali təhsil və idman sahəsində əməkdaşlığımız genişlənəcək”.

Nazir əlavə edib ki, gələcək üçün qarşıya daha iddialı məqsədlər qoymalıyıq: “Biz Azərbaycana müasir, inamlı, çiçəklənən, liberal və demokratik bir ölkə kimi yer tutmağa kömək etmək istəyirik. Ona görə də hesab edirik ki, Azərbaycanla Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq ölkə əhalisi üçün vacib olan islahatların həyata keçirilməsində mühüm addım olacaqdır”.

P.Sultanova

Paylaş:
762

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər