Məşhur şirkət 3 mindən çox avtomobili geri çağırır
Yaponiyanın məşhur avtomobil istehsalçısı “Honda” Çin bazarından 3 min 524 ədəd avtomobili yan güzgülərdəki qüsurla əlaqədar geri çağırır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, geri çağırılan avtomobillər 2013-1017-ci illərdə idxal edilmiş “Acura MDX” və 2014-2015-ci illərdə buraxılan “Acura TLX” modelləridir.
Mütəxəssislərin qənaətinə görə, avtomobillərin yan güzgülərinin idarəetmə sisteminə ehtimal olunan sürtünmə əsas güzgünün fəaliyyətinin bloklanmasına gətirib çıxara bilər. Bu da öz növbəsində sürücünün avtomobilin arxa görünüş güzgüsündən istifadəsini çətinləşdirməklə təhlükəli halların yaranmasına səbəb ola bilər.
Qüsurlu avtomobillərin geri çağırılması prosesinə gələn ilin yanvarından başlanılacaq. Həmçinin qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.
S.Xankişiyeva