Bakıda taksi xidmətindən necə tez və ucuz istifadə etmək olar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda taksi xidmətindən necə tez və ucuz istifadə etmək olar – FOTO

11:00 - 27 / 11 / 2017
Bakıda taksi xidmətindən necə tez və ucuz istifadə etmək olar – FOTO

“Maxim” taksi sifarişi xidmətində avtomobili təsbit olunmuş qiymətlə sifariş etmək və bonuslardan istifadə etməklə gediş haqqına qənaət etmək olar.

“Maxim” – taksi sifarişi xidməti Azərbaycandan başqa dünyanın daha 8 ölkəsində fəaliyyət göstərir. O Bakıda azsaylı xidmətlərdən biridir ki, sayəsində avtomobili həm onlayn, həm də telefonla əvvəlcədən məlum olan qiymətlə sifariş etmək olar. Xidmətin özəllikləri və istifadəçilər üçün əlçatan olan proqramın loyallığı haqqında danışaq.

“Maxim” nə təklif edir:

Xidmət gediş haqqını hesablayır və onu sərnişinə hələ sifariş qeydə alınmadan xəbər verir. Qiymət məsafənin hansı zaman kəsiyində başa gəlməsindən asılı deyil və əgər avtomobil tıxaca düşərsə, o dəyişməyəcək. Bunun sayəsində insanlar həmişə nə qədər gediş haqqı verəcəklərini bilirlər və nəqliyyat xidmətlərinə ayırdıqları büdcələrini rahatlıqla planlaşdırırlar.

Gediş haqqı 1 manatdan başlayır. Cari zaman kəsiyinə və ya öncədən şəhər içi və şəhərlərarası marşrut üzrə avtomobil sifariş etmək olar. Avtomobili adətən, 5-7 dəqiqədən artıq gözləmirsiniz.

“Maxim” sərnişinlərə rahat və keyfiyyətli xidmət göstərməyə can atır. Bunun üçün sürücüləri nəzarət sistemi, sayt vasitəsi ilə operatorların sərnişinlərlə geri əlaqəsi və mobil əlavə fəaliyyət göstərir. Menecerlər heç bir çağırışı diqqətsiz qoymurlar.

Taksini necə sifariş etməli

Taksini tez bir zamanda iOS, Android və Windows Phone üçün “Maxim: taksi sifarişi” mobil əlavəsinin köməyi ilə sifariş etmək olar. O anlaşılan və rahatdır, bu səbəbdən sifariş cəmi bir neçə saniyəyə başa gəlir. Bunun üçün sadəcə marşrut ünvanını daxil etmək, avtomobilin verilmə müddətini, tarifi və ödəmə üsulunu seçmək lazımdır. İstifadəçi “sifariş” kəlməsinə basan kimi yaxınlıqdakı bütün sürücülər sifarişi görəcəklər. Sifariş qəbul olunan kimi əlavədə sürücünün adı, maşının nömrəsi, markası və rəngi görünəcək, xəritədə isə avtomobilin yeri göstəriləcək. Avtomobilin verilmə vaxtınadək olan zamanı göstərən taymerlə onun sifariş yerinə nə vaxt gəlib çatacağını anlamaq olar.

Əlavədə digər rahat funksiyalar da var. Məsələn, sifarişlər tarixində bircə toxunuşla gedişləri təkrarlamaq və əks istiqamətdə sifariş yaratmaq olar. Sürücü ilə nəyisə dəqiqləşdirmək lazım olanda ona çatda yazmaq mümkündür. Gediş marşrutu xəritədə onlayn-rejimdə əks olunur, buna görə də sərnişin həmişə sürücünün düzgün istiqamətdə gedib-getmədiyini izləyə bilər. Bununla yanaşı, gediş xəritəsinin linkini avtomobilin harda olduğunu bilməsi üçün başqasına göndərmək olar. Məlum funksiyadan ikilikdə harasa gedəndə və ya uşaqları təkbaşına taksi ilə harasa göndərəndə istifadə edirlər.

Operator vasitəsi ilə taksi çağırmağa öyrəşmiş sərnişinlər *2111 nömrəsinə zəng edə bilərlər. Əlaqəyə görə pul ödəmək və dəstəyin o biri başında cavab vermələrini gözləmək lazım deyil: sistem zəngi qeyd edəcək və operator özü geri zəng edəcək. Üstəlik taximaxim.az saytında da sifariş vermək olar.

Gedişə necə qənaət etməli

“Maxim: taksi sifarişi” istifadəçiləri bonus proqramında iştirak edə və dostlarını əlavə vasitəsi ilə taksi sifariş etməyə dəvət edə bilərlər. Əlavənin menyusunda, “Promo kodu daxil etmək” bölməsində hər kəsin öz şəxsi promo kodu var. Onu sosial şəbəkələr, messencerlər, SMS, e-mail və ya digər rahat üsulla paylaşmaq lazımdır. Alıcıya əlavəni yükləmək və promo kodu daxil etmək dəvəti gələcək. Onu aktivləşdirən hər istifadəçinin hesabına 0,5 bonus manatı yüklənəcək. Yeni istifadəçi 3 bonus manatı alacaq. Bonusları yığmaq və onunla taksidə gediş haqqının 30%-dək ödəmək olar.

1news.az-ın əlavəni ilk dəfə yükləyən oxucuları  NEWS promo kodunu aktivləşdirəndə əlavə 3 bonus manatı alacaqlar.

Bu gün Bakıda “Maxim” xidmətindən günü-günüdən daha çox sərnişin istifadə edir. Onların öz xərclərinə nəzarət edə bilmələri üçün gediş haqqını əvvəlcədən bilmələri xoşlarına gəlir. Üstəlik loyallıq proqramında iştirak etməklə taksidə qənaət etməyi xoşlayırlar. Adamlar bilirlər: əgər əlçatan qiymətə rahat və tez taksi sifariş etmək istəyirlərsə, “Maxim” köməyə gələcək.

Getmək vaxtıdır!  

Reklam hüququnda

        

 

 

Paylaş:
5539

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər