80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib

09:41 - 27 / 11 / 2017
80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib

Bu il “Grenncard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə,  “Greencard Azərbaycan” şirkətindən Modern.az-a verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər  idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dir.

“Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir).

“Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız biri “Greencard” qazanır, deməli ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.

Bu il “Greencard” lotereyasına qeydiyyat oktyabrın 18-i start götürüb və noyabrın 22-də tamamlanıb. Müraciətçilər həm sərbəst şəkildə ABŞ-ın rəsmi saytından, həm də birbaşa “Greencard Azerbaijan” saytı (greencard.az) vasitilə lotereyada iştirak edə bilərlər.

“Greencard Azərbaycan” şirkəti noyabrın 20-də qeydiyyatı dayandırıb.

Proqramının nəticələri 15 may 2018-ci il tarixindən başlayaraq elan ediləcək. Qalib olmuş şəxslər 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.

Qeyd edək ki, 2017-ci il üçün “”Greencard” lotereyasına müraciət ilk olaraq oktyabrın əvvəllərində başlayıb, lakin 1 həftə sonra dövlət saytında texniki problemlər yaranıb və sayt bağlanıb. Sərbəst şəkildə qeydiyyatdan keçən şəxslərin qeydiyyatı ləğv olunub. Və ayrı – ayrılıqda müraciətçilərə bununla bağlı məlumat verilmədiyindən lotereya iştirakçılarının əksəriyyətinin müraciətinin ləğv olunduğundan xəbərləri yoxdur. 

S.Xankişiyeva

Paylaş:
649

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər