Tarkan həyat yoldaşına 150 min lirəyə paltar alıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Tarkan həyat yoldaşına 150 min lirəyə paltar alıb – FOTO

11:20 - 27 / 11 / 2017
Tarkan həyat yoldaşına 150 min lirəyə paltar alıb – FOTO

Türkiyənin meqa-starı Tarkan həyat yoldaşı Pınar Tevetoğluya 150 min lirəlik (təqribən 66 min AZN) qış geyimləri alıb.

1news.az-ın verdiyi xəbərə görə, ulduz müğənni həyat yoldaşının daha dəbli geyinməsi üçün moda məsləhətçi ilə alış-verişə çıxıb.

Alış-veriş zamanı meqa-star məşhur brendlərdən ayaqqabı, çanta, paltar və aksessuar alıb.

Qeyd edək ki, Tarkanın nikah mərasimi bu ilin aprel 29-da cütlüyün ən yaxın qohumlarının iştirakı ilə ulduzun Tarabyadakı villasında baş tutub.

S.Xankişiyeva

 

 

 

Paylaş:
1493

Son xəbərlər

Bütün xəbərlər