Əfqanıstan prezidenti Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Əfqanıstan prezidenti Azərbaycana gələcək

11:22 - 27 / 11 / 2017
Əfqanıstan prezidenti Azərbaycana gələcək

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili mətbuat konfransında bildirib. O deyib ki, prezident Qani Azərbaycan prezidenti İlham Əliyevlə birgə 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının açılışında iştirak edəcəklər.

Səfər zamanı dövlət başçılarının ikitərəfli görüşü və münasibətləri irəli aparacaq beş sənədin imzalanması gözlənilir. Bunlar təhlükəsizlik, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, təhsil, hava və iqtisadi sahədə əməkdaşlıq sənədləridir.

Tədbirdə həmçinin Türkiyənin, İranın, Hindistan və Pakistanın xarici işlər nazirləri də iştirak edəcək.

Səfir tərəfdaşlıq və güclü dəstəyinə görə Azərbaycana təşəkkür də edib.

P.Sultanova

Paylaş:
918

Son xəbərlər

Bütün xəbərlər