Bakıda iki zenit top mərmisi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki zenit top mərmisi tapılıb – FOTO

11:46 - 28 / 11 / 2017
Bakıda iki zenit top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Bakıda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 94 ünvanında 2 ədəd partlamamış hərbi sursatın olması  barədə məlumat daxil olub.                                                                                                                                                                    

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti  və Daxili İşlər Nazirliyinin nümayəndələri dərhal həmin əraziyə göndərilib.

Agentliyin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin  və Daxili İşlər Nazirliyinin nümayəndələri birlikdə həmin ərazidə avtopark ərazisinə baxış keçirib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilmiş,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1news.az

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər