Abşeronda süd məhsulları anbarında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda süd məhsulları anbarında yanğın olub

20:00 - 23 / 12 / 2017
Abşeronda süd məhsulları anbarında yanğın olub

Abşeron rayonunda süd məhsulları saxlanılan anbarda yanğın olub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə Məmmədli kəndində baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın saat 17:05-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər