Ağstafada fərdi evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada fərdi evdə yanğın olub

21:47 - 25 / 12 / 2017
Ağstafada fərdi evdə yanğın olub

Ağstafada yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Muğanlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış ev əşyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər