Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb

16:29 - 27 / 12 / 2017
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb

Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya Federasiyası istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkçənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər