Qəbələdə gülüş, yumor və musiqi festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə gülüş, yumor və musiqi festivalı keçiriləcək

16:50 - 29 / 12 / 2017
Qəbələdə gülüş, yumor və musiqi festivalı keçiriləcək

Azərbaycanın mirvarisi, təbiətin müxtəlifliyini və ən gözəl rənglərini əks etdirən Qəbələ bu qış möhtəşəm bir hadisəyə ev sahibliyi edəcək. 2018-ci ildə burada “Veselo" 12-ci Beynəlxalq Yumor Festivalı keçiriləcək.

Yanvarın 4-dən 11-dək keçiriləcək festivalın proqramına gündüz idman və əyləncəli proqramlar, axşam isə konsertlər və məzəli proqramlar daxildir.

2009-cu ildən keçirilməyə başlayan bu festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukrayna kimi ölkələrdə təşkil edilib. Bu illər ərzində festivalın iştirakçıları arasında Valeriy Meladze, Ani Lorak, “Nochniye Snayperi”, Diana Arbenina kimi tanınmış ifaçılar olub. Festivalın təşkilatçıları aktiv istirahət etməyi sevənlər üçün bir həftə ərzində gündəlik müxtəlif əyləncə proqramlar hazırlayıblar. Festival bu günə kimi 15000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.

Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Nataliya Moqilevskaya, “Kvartal 95” yumor qrupu olacaq. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.

Daha ətraflı məlumat üçün:

www.qafqazhotels.com

www.visitgabala.com

0124043188

+994502900459

Reklam hüququnda

Paylaş:
1199

Son xəbərlər

Bütün xəbərlər