Alpinistlərin axtarışı sabah da davam etdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

21:03 - 29 / 12 / 2017
Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edib.

Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.​

1news.az

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər