İmişlidə sərxoş sürücü avtomobillə 7 gənci vurub, biri ölüb, ikisinin vəziyyəti ağırdır | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə sərxoş sürücü avtomobillə 7 gənci vurub, biri ölüb, ikisinin vəziyyəti ağırdır

13:18 - 01 / 01 / 2018
İmişlidə sərxoş sürücü avtomobillə 7 gənci vurub, biri ölüb, ikisinin vəziyyəti ağırdır

Dekabrın 31-də  axşam saatlarında İmişli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu “VAZ 2107” markalı “30 VD 026” dövlət nömrə nişanlı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobili yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb.

Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər –İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 1990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər