Jurnalist-dizayner Fuad Həsənov vəfat edib

Jurnalist-dizayner Fuad Həsənov vəfat edib.
1news.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalistin dostları məlumat yayıb.
Bu gün Bakıda dünyasını dəyişən F.Həsənov 1975-ci il ildə anadan olub. O, uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, F. Həsənov ailəlidir, dörd övladı var.
1news.az
1216