Tramp və Vaşinqtonun nəzərinə: Bakı İranın arxasınca gizli oyunlar oynamaq niyyətində deyil | 1news.az | Xəbərlər
Siyasət

Tramp və Vaşinqtonun nəzərinə: Bakı İranın arxasınca gizli oyunlar oynamaq niyyətində deyil

16:28 - 05 / 04 / 2018
Tramp və Vaşinqtonun nəzərinə: Bakı İranın arxasınca gizli oyunlar oynamaq niyyətində deyil

Birləşmiş Ştatların İrana qarşı siyasi xətti qeyri-stabil olaraq qalmaqdadır.

2015-ci ildə Obama Administrasiyasının ölkələrin yaxınlaşması ilə bağlı siyasi razılaşmalarına baxmayaraq, ABŞ hər zaman Tehrana qarşı kəskin siyasət yürütmək gücünə sahib olub.

2012-ci ilin aprelində Amerikanın nüfuzlu nəşri “Foreign Policy” ABŞ-ın bir sıra diplomat və hərb sahəsində nümayəndələrinə istinadla məqalə dərc edir. Məqalədə İranı bombalamaq üçün Azərbaycan aerodromlarının İsrail üçün imkan yaratması yazılır.

Məqalə dərc edildikdən sonra yuxarıda adları sadalanmış üç dövlətin rəsmi qurumları məlumatı təkzib etdi. Azərbaycan isə heç vaxt qonşu dövlətlərə qarşı düşmənçilik hərəkətləri ilə bağlı keçid meydançası olmayacağını bəyan etdi.

Qalmaqallı yazı və ABŞ-ın siyasi elitasından bəzi nümayəndlərin İran rejiminə qarşı kəskin mövqelərinə baxmayaraq, ABŞ və İran barışdı. 2015-ci ilin iyulunda “Fəaliyyətlərin ümumi birgə planı” adlı nüvə razılaşması imzalanır. ABŞ və İrandan başqa, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya da burada iştirak edir.

Razılaşmada Tehran uranın zənginləşdirilməsi və silah üçün plutoniumun istehsalından imtinası nəzərdə tutulur. Bunun müqabilində İrandan beynəlxalq sanksiyaların götürülməsi vəd edilir. 2016-cı ilin yanvarında Obama İrana qarşı bir çox saksiyaları ləğv edir. Lakin Tramp İran üçün verilmiş öhdəlikləri təsdiq etməyə hazır deyil.

Bu gərginliyin fonunda Ağ Ev tərəfindən aprelin 2-də ABŞ Konqresinin xəbərlər saytı “The Hill”də hərbi ekspert Stiven Blankın müəllifi olduğu məqalə dərc edilir. Məqalədə Tramp milli təhükəsizlik komandasınınn İran və onun maraqlarına zərbə endirmək niyyəti yer alır.

Müəllifin fikrincə, İranın təcrid olunması üçün Tramp onun şimal və qərbdəki qonşuları – Azərbaycan və Ermənistanla əlaqələri kəsmək yolunu seçə bilər.

Blankın fikrincə, “kök və çubuq” üsulu ilə ABŞ Ermənistan və Azərbaycana qarşı Qafqazda öz maraqlarını irəli sürə bilər. Belə ki, buradan iki rəqibinə qarşı – İran və Rusiyaya zərbə endirə bilər.

Azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov qeyd edib ki, bu cür fikirlər ABŞ-da dəfələrlə səsləndirilib:

“Corc Buşun (kiçik) hakimiyyəti illərində Ağ Ev dövlət katibi Kondaliza Raysın dili ilə İranla bağlı nüvə məsələsində Amerikanın hərb yolu seçməsini bəyan edib”.

Dövlətlərin ərazilərinin istifadəsi üçün hərbi xarakterli ssenarilər neçə illər səsləndirildi. Burada Azərbaycanın da adı hallandı. Ola bilsin ki, kimlərsə bununla bağlı planlar qurdu. Lakin rəsmi Bakı dəfələrlə bu cür planların qəbuledilməzliyini bəyan etdi”.  

Politoloq Amerika mətbuatı və ekpert dairələrində bu cür fikirlərin yürüdülməsini hazırki prezident Trampın Obama dövründə İranla imzalanmış müqavilədən narazılığından və yenidən baxılmasından irəli gəldiyini bildirib:

“Lakin düşünürəm ki, Qərbdən kimsə Azərbaycanı bu cür avanturalara cəlb etmək istəyərsə, əminəm ki, bundan heç nə çıxmayacaq. Şübhəsiz ki, Azərbaycan hərb yolu ilə münasibətlərin həlli meydançasına çevrilməsinə imkan verməyəcək”.

28-29 martda Bakıda prezident Həsən Ruhaninin rəhbərliyi ilə İran nümayəndə heyəti səfərdə oldu. Səfər zamanı tarixi əhəmiyyətli bir sıra qərarlar qəbul edildi.

Həsən Ruhani və Azərbaycan Prezindenti İlham Əliyev bununla da ölkələr arasında coğrafi, tarixi, mədəni və ticari-iqtisadi əlaqələri nümayiş etdirən birliyi göstərdilər.

Söhbət 7200 kilometr ərazini əhatə edən, Rusiya, Azərbaycan və İrandan keçməklə Fars körfəzi, Avropa və Hindistanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizi Şimal-Cənubdan gedir. Marşrutun ən mühüm seqmentinin bir hissəsi Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yoludur.

Ruhaninin Bakıya hazırki səfəri zamanı İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisilə bağlı razılaşmanın maliyyələşməsi oldu.

Tramp komandasında İrana qarşı ABŞ xarici siyasətinin mühafizəkar baxışlı insanlar mövcudluğu məsələsilə bağlı Fikrət Sadıxov bildirib ki, bu istiqamətdə Amerika siyasəti sərtləşdirilib:

“ABŞ-ın Prezident Administrasiyasında Mayk Pompeo və Con Bolton kimi şəxslərin peyda olması Vaşinqtonun xarici siyasət kursunun sərtləşdiyini, Tehranın ünvanına təhdidlərin atrmasının daha kəskin xarakter almasını göstərir.

“Açıq-aşkar hərbi müdaxilərlə bağlı qarşıdurmalara qədər vəziyyətin çatacağına inanmaq istəməsək də, İranla nüvə proqramı ilə bağlı imzalanmış razılaşma və əlavə sanksiyaların tətbiqi məsələsinə yenidən baxılması istisna deyil”.

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Mayk Pompeo martın 31-də ABŞ-ın dövlət katibi kimi rəsmi olaraq vəzifəyə başlayıb. Amerika KİV-i onu sərt və mühafizəkar siyasətçi adlandırır.

Soyuq müharibə cəngavəri nüfuzuna sahib Con Bolton isə aprelin 9-da ABŞ prezindentinin Milli təhlükəsizli üzrə məsləhəçisi vəzifəsinə təyin edildi. Tənqidçilər onu özündən axmaqlara qarşı səbrsiz adlandırıblar.

Yaxın Şərq regionun Vaşinqton oyunlarında Azərbaycanın roluna gəlincə, qeyd etmək lazımdır ki, ölkə müstəqillik qazandıqdan sonra xarici siyasət xəttində balanslaşdırılmış və digər dövlərlərin, xüsusilə də qonşularının işinə qarışmamaq ifadə olunub.

Buna kənar müşahidəçilər də şahidlik edib. Belə ki, Rusiyanın məşhur aparıcısı Dmitri Kisilyov “Sputnik-Azerbaijan”-a verdiyi müsahibədə Azərbaycan Prezindenti İlham Əliyevlə görüşlərindən, Azərbaycanın regionda və dünyadakı rolundan bəhs edib:

“Bakı Rusiya-Azərbaycan-İran ücbucağında, həmçinin Xəzəryani layihələrin inkişafı, müzakirəsi və nizamlanması məsələsində böyük rol oynayır. İlham Əliyev bunu özünə hesabat verərək və qarşısına müəyyən öhdəliklər qoyaraq çox yaxşı formalaşdırır”.  

Politoloq öz növbəsində bildirib ki, Azərbaycan bundan sonra da aparıcı regional dövlətlərlə xarici siyasət yürüdərkən çoxvektorluluq və balanslaşdırılmış kursunu qoruyub saxlayacaq:

“Bu, hazırda, ABŞ-la İran arasında geosiyasi qarşıdurmaların gərginləşdiyi bir zamanda çox vacibdir. Ən başlıcası isə bu, bizim bir çox ölkələrlə bərabər tərəfdaşlıq münasibətləri qurmaq üçün prinsipial və dəyişməz kursumuzdur.

Məhz bu xətt daxili siyasətdə sabitliyə və təhdidlərə qarşı dayanıqlığı saxlamağa, eləcə də Azərbaycan üçün ciddi təhlükələri dəf etməyə imkan yaradır. Azərbaycan təsadüfi deyil ki, hərbi bloklarda iştirak etməmək prinsipini ilə dünyanın 120 dövlətini birləşdirən Qoşulmama Hərəkatının fəal üzvüdür”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1016

Son xəbərlər

Bütün xəbərlər