Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Qafar Ağayev10:58 - Bu gün
Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

1news.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib.

“Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq.

Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər