Səfir Daşqın Şikarov "Əl Fəcr" qəzetində ADR-dən yazıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir Daşqın Şikarov "Əl Fəcr" qəzetində ADR-dən yazıb

16:23 - 07 / 05 / 2018
Səfir Daşqın Şikarov "Əl Fəcr" qəzetində ADR-dən yazıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl Fəcr qəzetində və ərəb, ingilis, çin və rus dillərində nəşr olunan və geniş auditoriyaya malik Aviamost qəzetində səfir Daşqın Şikarovun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” sərlövhəli məqaləsi dərc olunub.

1news.az -a səfirlikdən verilən məlumata görə, məqalədə 1917-ci ildə baş vermiş bolşevik inqilabından sonra Azərbaycan da daxil olmaqla Rusiya imperiyasının bütün bölgələrində hərc-mərclik və xaos hökm sürdüyü bildirilmişdir. Azərbaycanın bütün bölgələrində  etnik zəmində kütləvi qırğınlar törədilib. Məhz bu fonda Azərbaycan xalqı müstəqil dövlət yaradılmasına dair prinsipial  qərar qəbul edib və 28 may 1918-ci ildə Müsəlman Milli Şurası Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına dair müstəqillik haqqında deklarasiya qəbul edib. Vurğulanıb ki, 16 iyun tarixində ADR-in yeni yaradılmış Nazirlər Kabineti və Milli Şura Gəncə şəhərinə keçib. ADR qarşısında duran əsas məsələ ermənilər və bolşeviklərin nəzarətində olan Bakı  və digər şəhərlərin azad olunması idi. Yeni yaradılmış Qafqaz İslam Ordusu düşmənin müqavimətini qıraraq 15 sentyabr 1918-ci ildə Bakını azad etmişdir. Bundan sonra 16 noyabr tarixində paytaxt Bakıya  köçürülmüş və 7 dekabr 1918-ci ildə Müsəlman dünyası və bütün Şərqdə demokratik prinsiplər əsasında yaradılmış ilk parlamentin sessiyası keçirilib. Həmin parlamentdə ölkədə yaşayan bütün milli azlıqlar təmsil olunub.

Məqalədə, birinci dünya müharibəsinın nəticələrinə dair keçirilən Paris Sülh Konfransına ADR nümayəndə heyətinin göndərildiyi bildirilib. Heyətin qarşısında duran əsas məsələ yeni yaranmış ölkənin beynəlxalq səviyyədə tanınması olub. Nəticədə, 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurası yekdilliklə Azərbaycanın müstəqilliyini de-fakto  tanıyıb və ADR sülh konfransına rəsmi dəvət olunub. Konfransda iştirak edən müttəfiq ölkələr formal olaraq yeni yaranmış dövləti müdafiə etməyə dair öhdəliyi üzərinə götürüblər.

D.Şikarov qeyd edib ki, ADR rəhbərliyi qısa müddət ərzində səmərəli dövlət maşını yaradıb, ABŞ, Türkiyə, Belçika, Fransa, Böyük Britaniya da daxil olmaqla 20-dən çox dövlətlə münasibət qurub, dövlət bayrağını qəbul edib, 30 minlik ordu yaradıb. Hökumət ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı istintaq etmək üçün xüsusi komissiya təsis edib. Azərbaycan vətəndaşlığı haqqında nizamnamə, dövlət simvolikasını   qəbul edib, kişi və qadınlar arasında bərabərliyi elan edib. Eyni zamanda icra, qanunverici və məhkəmə sistemlərinin müstəqil fəaliyyəti təmin edilib.

Məqalədə yeni formalaşmış hökumətin təhsil sisteminin inkişafını prioritet kimi qəbul etdiyi, ölkədə fəaliyyət göstərən məktəblərin sayca yarısının Azərbaycan dilində tədrisə keçdiyi, yeni məktəblərin açıldığı və Azərbaycan dilinin məcburi fənn kimi qəbul edildiyi vurğulanıb. Yüzlərlə tələbəyə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün stipendiyalar verilib, 1 sentyabr 1919-ci ildə isə Bakı universiteti yaradılıb. Eyni zamanda, apelyasiya palatası, təhlükəsizlik departamenti, Bakı-Batum neft  boru kəməri, Xəzər donanması yaradılıb, digər mühüm işlər görülüb.

Məqalədə, 97 300 min kvadrat metr ərazisi və 2 milyon 862 min əhalisi olan Azərbaycanın, 23 ay müstəqillik dövrü ərzində 5 hökumət tərəfindən idarə olunduğu, ümumilikdə 230 qanunvericilik aktı qəbul etmiş parlamentdə isə 15 siyasi partiya təmsil olunduğu qeyd edilib. 

Yazıda 28 aprel 1920-ci ildə Qızıl Ordu tərəfindən süquta uğradığı bildirilib.

Səfir Azərbaycanın öz dövlət müstəqilliyini yalnız 71 il sonra, 18 oktyabr 1991-ci ildə, bərpa etməyə nail olduğunu və Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağının yenidən dalğalandığını vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Daha sonra məqalə müəllifi müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söz açıb. İqtisadi imkanları və həbi qüdrətinə görə Cənubi Qafqaz regionunda lider dövlət olan Azərbaycan,  Şərqi və Qərbi, Cənubi və Şimali birləşdirən önəmli nəqliyyat dəhliz rolunu oynadığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dövlətin maraqlarına əsaslanan xarici siyasət yürüdür, İƏT, Avropa Şurası, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatların üzvü olmaqla  Avropa və Asiyanın siyasi strukturları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın da üzvüdür. 2011-ci ilin oktyabr ayında Azərbaycanın BMT TŞ-nın qeyri daimi üzvü seçilməsi ölkəmizin dünyada olan imici və siyasi çəkisinin bariz göstəricisi olub.

Qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri  münasibətləri haqqında yazan D.Şikarov, əlaqələrin siyasi, diplomatik, ticarət, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdiyini, ölkələr arasında əməkdaşlıq üçün geniş hüquq-müqavilə bazasının mövcud olduğunu qeyd edib.

Səfir Daşqın Şikarov Azərbaycan və BƏƏ liderləri arasında iki və çoxtərəfli formatda görüşlərin, yüksək səviyyəli rəsmilər arasında intensiv səfər mübadiləsinin siyasi dialoqu təmin etməklə yanaşı, əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməyinə və dərinləşməsinə xidmət etdiyini qeyd etmişdir. Bununla yanaşı, xalqlarımız arasında mübadilədə də sürətli inkişafın müşahidə olunduğunu vurğulamışdır.  AzAl, Fly Dubay, Air Arabia və Ettihad hava yolları tərəfindən ölkərimiz arasında həyata keçirən çoxsaylı birbaşa uçuşların turist axınının  artmasına xidmət etdiyini bildirib.

Yazı ADR banilərindən olan Məmməd Əmin Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı ilə yekunlaşıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

https://www.alfajr-news.net/details/%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7%D9%84%D9%85%D8%A7%D8%A6%D8%A9-%D9%84%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A7%D9%84%D8%AF%D9%8A%D9%85%D9%82%D8%B1%D8%A7%D8%B7%D9%8A%D8%A9

http://www.aviamost.ae/en/azerbaijan-democratic-republic-100th-anniversary

1news.az 

Paylaş:
595

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər