Elçin Mirzəbəyli: Siyasət Əli Kərimli və ətrafı üçün "qara bazar" funksiyasını yerinə yetirib

Ötən həftə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi AXCP funksionerlərinin maliyyə fırıldaqları ifşa edən birgə məlumat yaydı.
Məlumatda qeyd edilirdi ki, prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.
Belə ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya ərazisində təbliğat aparıb.
Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycanın ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskvada kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə, 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub.
Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunub, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.
İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib, Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.
Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin olunub.
Məlumatda o da vurğulanıb ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yayımlanan məlumatlar ə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Burda bir sıra diqqətçəkən və maraqlı məqamlar var. İlk növbədə, yəqin ki, bu faktlar açıqlanmazdan bir neçə gün əvvəl Əli Kərimli və onun ətrafında olan şəxslər Saleh Rüstəmovun guya istintaq təcridxanasında müəmmalı şəkildə ölməsi barədə hay-küy salmışdılar. Sosial şəbəkələrdə bununla bağlı ajiotaj yaratmağa çalışmışdılar. Amma bu fakt təsdiqini tapmadı və hüquq-mühafizə orqanlarının açıqladığı rəsmi məlumatlar Əli Kərimlinin narahatlığına aydınlıq gətirmiş oldu.
Başqa bir məqam isə Kərimlinin pul məsələsində yenə də öz ətrafına aldatmasıdır.
Mətbuatın yazdığına görə, adı açıqlanmayan bir cəbhəçi də bunu etiraf edib: “Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!”.
Mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan öz ailəsinə yönləndirirmiş. AXCP-yə Moskvadan daxil olan vəsait 412 min dollar olub. Oğurlamağa öyrəşmiş Əli Kərimlinin başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar etməsi şübhəsizdir.
Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.
İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəkir.
Yada salmaq lazımdır ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya çıxan Milli Şura layihəsinin Moskvadan idarə edilməsi şübhə doğurmurdu. MŞ layihəsi, ümumiyyətlə, Rusiya paytaxtında hazırlanmış, daha sonra Bakıya ixrac edilmiş, onun da başına Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirilmişdi. Daha sonra ictimai rəy, hüquqi baryerlər və iqtidarın kəskin müqaviməti bu layihənin başındakı adamın - İbrahimbəyovun Azərbaycanda siyasi blok lideri olmasına imkan vermədi. Rüstəm müəllim özü də həbsdən qorxdu, Azərbaycandan dönməmək üzrə qaçdı və Bakıdakı layihəsini Moskvadan yönətməyə üstünlük verdi. Zamanla bu layihə AXCP sədri Əli Kərimlinin nəzarətinə keçdi. Dönük bir professoru Milli Şuraya sədr qoyan Kərimli qısa zamanda bu təşkilatı tam istifadəsinə aldı, AXCP-nin bir şöbəsinə çevirdi və ondan bərk yapışdı. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə qurulan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. 2013-cü ildən sonra later vəziyyətdə davam edən bu gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəməli idi.
Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Mirzəbyli bildirib ki, Əli Kərimli dolayısı iləbelə vəsaitlər aldığını etiraf edib, amma məbləği fərqli formalarda izah edib:
"Çox güman ki, məbləğin fərqli şəkildə ifadə edilməsinin səbəbi onun aldığı vəsaitləri ətrafındakı insanlardan gizlətməsidir. Yəni gizlətmə bundan qaynaqlanır.
Təbii ki, bu, yeni hadisə deyil. Müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə bu şəxslərin adı müxtəlif qrant qalmaqallarında hallandığı sübuta yetirilib. Bundan öncə də həmin düşərgəyə aid olan insanlar sosial şəbəkələrdə qrant üzərində açıq davaya çıxmışdılar və bir-birlərini ən kəskin formada ittiham edirdilər. Məhz bu insanların yeganə məqsədi, hədəfi Azərbaycanın milli maraqlarını satsalar belə özlərinin koorporativ maraqlarınıı təmin etməkdən ibarətdir. Əsliondə bu sübuta yetirir ki, bu adamlar syasətiə siyasi fəaliyyət kimi deyil, biznes sahəsi kimi, çirkli pulların yuyulması, qara bazar kimi yanaşırlar. Siyasət bu günə qədər Əli Kərimli və digərləri üçün qara bazar funksiyasını yerinə yetirib. Bunların əslində təfəkkürləri də siyasi yox, alverçi təfəkkürüdür".
Siyasi şərhçi vurğulayıb ki, mütamadi olaraq Əli Kərimliyə qarşı oğurluqla bağlı ittihamlar səsləndirilib:
"Vaxtilə AXCP üzvü olan insanlar partiyanın sıralarını tərk etdikdən sonra Əli Kərimlinin müxtəlif maliyyə fırıldaqlarında iştirak etdiyini faktlarla sübuta yetiriblər. Biz Əli Kərimlinin və ətrafının timsalında hətta ermənilərdən də pul addıqlarının şahidi olmuşuq. Bununla bağlı cinayət faktları da olub. Bu baxımdan faktın özü sübuta yetirir ki, təbii ki, o vəsaitin necə və hansı yollarla əldə edilməsindən asılı olmayaraq, Kərimli ətrafında ən müxtəlif yollarla aldatdağı insnlara qarşı da qeyri-səmimidir, hətta yalan danışır. Onun pula tamahkar olduğunu və nə qədər pul hərisi olduğunu tanıyan insanlar yaxşı bilrlər. Bu baxımdan Azərbaycanın milli maraqlarını məhz maliyyə vəsaitlərinə görə satması qeyri-adi görünməməldir. Bu, onun təfəkküründən və mənəvi kriteriyalarından irəli gəlir".
Rusiya amilinin burada roluna gəlincə, E.Mirzəbəyli vurğulayıb ki, bunun üçün hər hansı formada dəstək verilməsinə dair fakt olmalıdır:
"Amma onların ən müxtəlif qütblərə işləməsinin sübutları var. Vaxtilə qərb dairələrinin sifarişlərini yerinə yetirirdilər, Milli demokratiya institutu və digər bu kimi təşkilatların qrantları ilə hərəkət edirdilər. Daha sonra ən qatı radikal islamçılarla, Azərbaycanın dövlət qurluşunu dəyişməyə hazır olan insanlarla əməkdaşlığa getdilər, ardınca Rusiyanın ayrı-ayrı dairələri tərəfindən idarə olunduğu şübhə doğurmayam Milli Şura layihəsində iştirak etdilər. Bu baxımdan onlar üçün ölçülər, standartlar, kriteriyalar yoxdur. Hardan pul gəlirsə, həmin tərəfə də yıxılırlar, həmin tərəfə də uyğun siyasətlərini qururlar. Buna görə də əgər Rusiya faktoru bu məsələdə varsa belə, qeyri- adi görünməməlidir. Digər tərəfdən, Rusiya ilə bağlı bundan öncə də amillər olub, Qənimət Zahidin Rusiyanın ədliyyə generalından vəsait alması ilə bağlı ortaya konkret faktlar qoyulmuşdu və sübuta yetirilmişdir”.
1news.az