Histogram-da bu dəfə: Repressiya dövründə məhv edilən azərbaycanlı ziyalılar, Nərimanovun Leninə etirazı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Histogram-da bu dəfə: Repressiya dövründə məhv edilən azərbaycanlı ziyalılar, Nərimanovun Leninə etirazı – VİDEO

17:14 - 23 / 07 / 2019
Histogram-da bu dəfə: Repressiya dövründə məhv edilən azərbaycanlı ziyalılar, Nərimanovun Leninə etirazı – VİDEO

Histogram – Azərbaycanda smartfonlar üçün ilk sənədli serialdır.

Hər bir seriya – tariximizə müasir informasiya və ünsiyyət vasitəsilə zaman yolçuluğudur.

Histogram layihəsinin məqsədi – gənc nəsli əyləncəli vizual formatın köməyilə onlara anlaşıqlı dildə ölkəmizin tarixi ilə tanışlıqdan ibarətdir.

Əsas məqsəd isə birdir – ölkəmizin tarixini mütləq şəkildə bilməkdir.

Histogram layihəsi serialının yeni epizodu ölkəmizin 1920-1939-cü illərini əhatə edir. Bu dövr sovet rejiminin quruluşunu, yeni iqtisadi siyasətin formalaşmasını və iqtisadi dirçəlişi, kollektivləşmə, kolxoz sisteminin qurulması və kütləvi repressiyaları əhatə edir.

Mövzu ilə əlaqədar oxuyun:

Histogram: Şah İsmayıl Telegram-da yazışır, Tağıyev isə Instagram-da canlı efirdədir... – FOTO – VİDEO

Epizodda ölkəmizin tarixində iz buraxan Nəriman Nərimanov və Mir Cəfər Bağırov kimi şəxsiyyətlər işıqlandırılır. Epizodun məqsədi tamaşaçıları bu zaman kəsiyində parlaq anlarla yanaşı “qara ləkələrlə” də ətraflı tanış etməkdir.

Həmçinin epizodda məşhur fantastika yazıçısı Ayzek Əzimovun dünyaya göz açması, “Holem” filminin yaradılması da qeyd olunur.

“Azərbaycanda bu dövrdə Sovet hakimiyyətinin hökmranlıq edir. Azərbaycana xüsusi qatarda Nəriman Nərimanov gəlir...”, - deyə epizodda bildirilir.

Daha sonra Nərimanovun Leninə yazdığı məktubda Azərbaycanın qədim torpağının (söhbət Zəngəzurdan gedir) Ermənistana verilməsinin ədalətsizliyini qeyd etməklə yanaşı, xəbərdalıq edir ki, Azərbaycan sovetlərdən üz döndərəcək, buna bütün Şərq də əməl edəcək.

Qeyd edək ki, bu məktub Azərbaycan Demokratik Respublikasının görkəmli generalları Mehmandarov və Şıxlinskini repressiyadan xilas edir.

Həmçinin layihədə kollektivləşmə siyasətinə qarşı çoxsaylı etirazlardan da bəhs edilir.

Eləcə də, 1937-38-ci illərin repressiyaları zamanı Azərbaycanın elm və mədəniyyətinə ciddi zərbə vurulduğu bildirilir:

 “50 mindən çox insan güllələnib, 100 min isə Qazaxıstan və Sibirə sürgün edilib. Bütün bu repressiyalar isə Azərbaycanda 20 il hakimiyyətdə olan (1933-cü ildən 1953-cü ilə qədər)  Mir Cəfər Bağırovun rəhbərliyi ilə həyata keçirilib”.

Serialda M.Bağırovun öz həmvətənlilərinə qarşı amansız qəddarlığı qeyd olunur.

Əgər sizlərə Azərbaycan xalqının bu dövrlərdə hansı parlaq zəkalarının məhv edildiyi maraqlıdırsa mütləq bu video-çarxa baxın.

Serialda sovet rejiminin qorxduğu “pantürkçülükdə” ittiham olunaraq etnik mənsubiyyətinə məhəl qoyulmayaraq güllələnən və ya sürgün edilən Azərbaycanın ziyalı elitası xatırladılmır.

Məhz bu qorxudan dolayı Stalin Azərbaycan milliyətinin adını türkdən azərbaycanlılara dəyişib.

Bütün bunlar haqında daha ətraflı Histogram layinəsi serialının 3 epizodunda baxa bilərsiniz.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1778

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər