Ölkədə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur – Qərargah | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur – Qərargah

19:40 - 08 / 04 / 2020
Ölkədə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur – Qərargah

"Hazırda Azərbaycanda  koronavirus xəstəliyi  xəritəsində elə bil region yoxdur ki, biri digərindən üstün olsun".

1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Bakıda virusa yoluxanların sayının çox olması burada əhali sayına görədir. Elə bir region yoxdur ki, oranı epidemiya ocağı adlandıraq. Elə bir fərq yoxdur ki, hansısa rayonu təhlükə mənbəyi görə bilək. Sərhəd keçid məntəqələrində karantin infrastrukturu qurulub. Bizi istəməyən qüvvələr bəlkə hansısa dezinformasiyalar ötürürlər ki, guya hansısa ərazidə virusa yoluxanlar daha çoxdur. Ancaq belə deyil. Dediyim kimi, ölkəmizdə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur”.

Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq vətəndaşımız Azərbaycana gətirilib

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı - RƏSMİ

TƏBİB sədri:  Azərbaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb

Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var – RƏSMİ

S.Xankişiyeva

 

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər