Hökumətdən bank kreditləri ilə bağlı açıqlama

“Bank kreditləri işsiz adamlara deyil, işləyənlərə verilir”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
İbrahim Məmmədov bank kreditlərinə güzəştlə bağlı suala cavab olaraq bildirib ki, tədbirlər planında pandemiya ilə əlaqədar yaranmış vəziyyətdə maaş almayan şəxslərə yardım nəzərdə tutulub:
“Həmçinin kiçik və orta sahibkarlığa da yardımlar nəzərdə tutulur. Bütün bu tədbirlər də elə kredit ödəyənlərə köməklik deməkdir”.
Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq vətəndaşımız Azərbaycana gətirilib
Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı - RƏSMİ
TƏBİB sədri: Azərbaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb
Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var – RƏSMİ
S.Xankişiyeva