Kəmaləddin Heydərov qəzaya düşüb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov qəzaya düşüb – VİDEO

11:32 - 21 / 05 / 2020
Kəmaləddin Heydərov qəzaya düşüb – VİDEO

Ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişməsində yol-hərəkəti qəzası qeydə alınıb.

“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.

Hadisənin dəqiq səbəbini Dövlət Yol Polisi təyin edəcək.  

Qəzaya düşən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını olub.

1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov  baş vermiş hadisə ilə bağlı unikal.org-a açıqlama verib:

“Hər şey qaydasındadır. Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı deyərdim. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

S.Xankişiyeva

 

 

Paylaş:
1364

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər