Azərbaycan Ordusu “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları icra edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusu “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları icra edir – FOTO – VİDEO

15:08 - 26 / 09 / 2020
Azərbaycan Ordusu “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları icra edir – FOTO – VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Həyəcan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

S.Xankişiyeva

 

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər