Deputat: İnternet tarifləri yüksəkdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: İnternet tarifləri yüksəkdi

15:46 - 30 / 09 / 2020
Deputat: İnternet tarifləri yüksəkdi

Ölkəmizdə mövcud vəziyyətlə əlaqədar distant təhsilə keçilib,amma bunun üçün bəzi çatışmazlıqlar var”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, çatışmazlıqların biri, internetlə bağlıdır.

“Bəzi bölgələrimizdə internetlə bağlı problemlər var, bununla bağlı müvafiq qurumlara müraciət etmişik. Evlərində interneti olmayanlar məcbur olub mobil internetdən istifadə edir. Mobil internet tarifləri isə həddindən artıq yüksəkdir. Mobil operatorlar xüsusilə şagirdlər və müəllimlər üçün güzəştli tariflər təşkil etsələr yaxşı olar” – deyə, C.Məmmədov fikirlərinə əlavə edib.

Qafar Ağayev

Paylaş:
473

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər