Milli Məclisdə jurnalistlər üçün 3 otaq yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə jurnalistlər üçün 3 otaq yaradılıb

11:43 - 30 / 09 / 2020
Milli Məclisdə jurnalistlər üçün 3 otaq yaradılıb

“Milli Məclisdə jurnalistlərin rahat faəliyyət göstərməsi üçün üç yeni iş otağı yaradılıb. İş otaqlarında jurnalistlərin işləməsi üçün bütün lazımi şərait ilə təmin edilib”.

1news.az xəbər verir ki, bunu  bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, otaqların birində jurnalistlərin işləməsi üçün kompüterlər quraşdırılıb, bir otaq foto stusiya kimi fəaliyyət göstərəcək, digər otaq isə brifinqlər və müsahibələrin alınması üçün nəzərdə tutulub

Daha sonra çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Baboğlu çıxış edərək jurnalistlər üçün yaradılan şəraiti yüksək dəyərləndirib.

“Bu yenilik jurnalistlərin parlamentin işini daha da geniş və keyfiyyətli işıqlandırılmasına müsbət təsir göstərəcək”- deyə, H.Babaoğlu fikirlərinə əlavə edib.

Qafar Ağayev

 

Paylaş:
268

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər