Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulunun vaxtı uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulunun vaxtı uzadıldı

15:08 - 01 / 10 / 2020
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulunun vaxtı uzadıldı

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-dək uzadılıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq.

Qeyd edək ki, elektron sənəd qəbulunun müddətinin uzadılması ölkədəki hərbi vəziyyət və internetə çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlıdır.

Müsabiqəyə elektron sənəd qəbulu başa çatdıqdan sonra növbəti mərhələlərin keçiriləcəyi tarix barədə ətraflı məlumat veriləcək.

Qafar Ağayev 

Paylaş:
236

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər