Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir

11:58 - 01 / 10 / 2020
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.

1news.az

Paylaş:
242

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər