“Yaxın günlərdə ordumuzun daha böyük uğurunu görəcəksiniz” - General Aydəmirov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaxın günlərdə ordumuzun daha böyük uğurunu görəcəksiniz” - General Aydəmirov

17:51 - 02 / 10 / 2020
“Yaxın günlərdə ordumuzun daha böyük uğurunu görəcəksiniz” - General Aydəmirov

Azərbacan ordusu ilk gündən, deməli, 27 sentyabr səhər saat 6-dan bu vaxta qədər təşəbbüsü əldən verməyib. 

1news.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

General-leytenant bildirib ki, ordumuzun ələ keçirdiyi yüksəkliklər düşmənin ətrafda olan bütün hərbi fəaliyyətinin nəzarət altına alınması deməkdir:

"İlk gün gördünüzsə, müəyyən yaşayış məntəqələri həm Cəbrayıl rayonunda, həm Füzuli rayonunda  işğaldan azad olundu. Həmin gün şimal istiqamətində, tam başqa istiqamətdə ən yüksək Murov zirvəsi ələ keçirildi. Sonra isə mərkəz istiqamətdə Talış kəndinin ətrafında 2016-cı ildə tutulan zirvələrdən daha yüksək zirvələr var, ora işğaldan azad olundu. Bu zirvələrin götürülməsi ətrafda olan düşmənin bütün hərbi fəaliyyətinin nəzarət altına alınması, qoşunların ön xəttə gəlməsi, ehtiyatların götürülməsi və s. deməkdir.  

Bəzən sual verirlər ki, niyə başqa yaşayış məntəqələri azad edilmir? Dağ döyüşləri ağır döyüşlərdir. Azərbaycan Respublikasının Ali Baş Komandanının təyin etdiyi əmrə əsasən, Müdafiə Nazirliyinin məruzə etdiyi qərara görə, o istiqamətdə döyüşlər keçirilib. Mən bunu açıqlaya bilmərəm. Döyüşlər ola bilər bu gün bu dağda olsun, sabah o biri dağda olsun, bu gün bu zirvəni götürsün, sabah o birini.

Bilirsiniz ki, Azərbaycan dünyanın ən güclü orduları sırasına daxildir. Bundan da başqa dünyanın elit orduları, həmçinin də Azərbaycan ordusu düşməni məhv etməmişdən, torpağı işğaldan azad etməmişdən əvvəl müəyyən strateji yüksəklikləri götürərək düşmənin müəyyən önəmli texnikasını, silah-sursatını sıradan çıxartmalıdır. Hər dövlət buna qadir deyil. Bunun üçün lazımdır yüksək dəqiqlik, silahlar, taktiki gedişlər, artilleriya və s. Yəni, hər şey planlı şəkildə gedir. Bu yaxınlarda, inşallah, görəcəksiniz, daha böyük uğurlar qeyd olunub, göstəriləcək. Rəsmi məlumatları diqqətlə oxumaq vacibdir". 

1news.az

Paylaş:
278

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər