Məğlub olan Ermənistan növbəti təxribata əl atıb - Nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Məğlub olan Ermənistan növbəti təxribata əl atıb - Nazirlikdən AÇIQLAMA

11:40 - 02 / 10 / 2020
Məğlub olan Ermənistan növbəti təxribata əl atıb - Nazirlikdən AÇIQLAMA

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Bu barədə 1news.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) məlumat verilib.

Məlumatda deyilir ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşların diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Qafar Ağayev

Paylaş:
290

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər