Silahlı Qüvvələrə yardım etmək istəyənlərin NƏZƏRİNƏ

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etmək üçün linklər açıqlanıb.
Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.
Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:
https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8
https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants
Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.
Qafar Ağayev
564