Baş Prokurorluq düşmənin atəşləri nəticəsində ölən və yaralanan mülki vətəndaşlarımızla bağlı məlumat yaydı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxs qətlə yetirilib, 171 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 137-dir.
Qafar Ağayev
477