Abşeronda beşmərtəbəli binada yanğın olub, 20 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda beşmərtəbəli binada yanğın olub, 20 nəfər təxliyə edilib

10:22 - 10 / 10 / 2020
Abşeronda beşmərtəbəli binada yanğın olub, 20 nəfər təxliyə edilib

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər