Müdafiə Nazirliyi: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

11:37 - 12 / 10 / 2020
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir", - Nazirliyin məlumatında qeyd olunub.

Qafar Ağayev

Paylaş:
584

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər